Kuleba Ukraynaya gedir
    • 27-03-2024, 18:54
    • 193

Kuleba Ukraynaya gedir

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba cümə axşamı, martın 28-də iki günlük rəsmi səfər üçün Yeni Dehliyə gələcək. 

News24.az  xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi öz saytında məlumat yayıb.

“Səfər zamanı xarici işlər naziri Kuleba bir sıra görüşlər keçirəcək, o cümlədən Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar və Hindistanın baş nazirinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Vikram Misri ilə ikitərəfli tərəfdaşlıq və regional əməkdaşlıq məsələlərini müzakirə etmək üçün rəsmi görüşlər keçirəcək”, - deyə məlumatda qeyd olunub.

Hindistan XİN-in məlumatına görə, Kulebanın Hindistan işgüzar dairələrinin nümayəndələri ilə də görüşəcəyi gözlənilir.

Mehriban Mirzəzadə