Kuleba iranlı həmkarı ilə Xəzərdən endirilən zərbələri müzakirə etdi
    • 1-07-2022, 01:09
    • 430

Kuleba iranlı həmkarı ilə Xəzərdən endirilən zərbələri müzakirə etdi

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla danışıb.

News24.az xəbər verir ki, bu barədə Kuleba rəsmi tviter səhifəsində bildirib. O, iranlı nazirlə söhbətində Rusiya Federasiyasının Xəzərin statusu haqqında Konvensiyanı pozduğunu vurğulayıb:

“Mən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla danışdım, o, İranın Rusiya ilə son təmasları barədə mənə məlumat verdi. Biz ikitərəfli geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi apardıq. Rusiyanın bu bölgədən Ukraynaya raketlər ataraq  Xəzərin statusu haqqında Konvensiyanı pozduğunu vurğuladım".