Yıldız Tilbe verilən puldan narazı qaldı
    • 28-03-2024, 14:40
    • 154

Yıldız Tilbe verilən puldan narazı qaldı

Türkiyəli məşhur müğənni Yıldız Tilbe sosial media hesabından təqaüdə çıxdığını açıqlayıb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, o, təqaüdə çıxanlar üçün nəzərdə tutulmuş maaşa münasibət bildirib.

Təqaüdlə bağlı tənqidi fikirlər səsləndirən müğənni “Bu, ömürlük işləmək üçün verilən maaşdır?” deyib:

"Mən təqaüdçüyəm. Əvvəllər pensiyaçılar birdəfəlik pulla ev, maşın alır, yaxud biznes açırdılar. Allah indiki təqaüdçülərə kömək olsun, doğrudan da başqa köməkçi yoxdur. Heç kimdən asılı olmamaq üçün ömrün boyu işləmək üçün verilən maaş budur?”