Keyt Middltona böyük DƏSTƏK
    • 28-03-2024, 15:22
    • 121

Keyt Middltona böyük DƏSTƏK

Yanvar ayında qarın əməliyyatından sonra yoxa çıxan və haqqında bir çox fərziyyələr səslənən Uels şahzadəsi Keyt Middlton yayımladığı videoda xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb. Çətin bir proses keçən Middletona ən böyük dəstək ailəsindən gəlib.

News24.az xəbər verir ki, xərçəng diaqnozu qoyulduqdan sonra Keyt Middlton ən böyük dəstəyi anasından almağa başlayıb. Kral eksperti Katie Nicholl Entertainment Tonight-a verdiyi müsahibədə "Onun həqiqətən yaxşı dostları var, xüsusən də Norfolkda". Ancaq onun həyatında əsl dayaqları qardaşı Ceyms və bacısı Pippadır. Ailə üzvlər fotolarda çox tez-tez birlikdə görünür. Görməsəniz də, onlar daha çox arxa plandadırlar. Onun ailəsi, şübhəsiz ki, Keyt üçün dəstək sütunu olub” dedi.

Ceyms bacısının gözlənilməz xərçəng diaqnozundan sonra uşaq olarkən çəkdirdiyi şəklini paylaşaraq ona dəstək olub. Ceyms mesajında "Bu illər ərzində bir çox dağları birlikdə fəth etdik. Ailə olaraq bu dağa sizinlə birlikdə çıxacağıq" deyib. Nikol həmçinin bildirib ki, Uels şahzadəsinin valideynləri Carole və Michael onun xərçənginin ilkin mərhələdə aşkarlanmasından "rahatlaşdılar" və "kimyaterapiyanın profilaktik kimyaterapiya olduğuna görə arxayınlaşdılar".

Günel Məlikzadə