Mənzildə skelet qalıqları tapıldı - ŞOK
    • 28-03-2024, 16:54
    • 174

Mənzildə skelet qalıqları tapıldı - ŞOK

Moskvanın Dubninskaya küçəsindəki mənzildə insan skeleti qalıqları aşkar edilib.

News24.az xəbər verir ki, bu barədə Moskva İstintaq Komitəsinin baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

Hazırda hadisə yerinə baxış keçirilir və qonşular dindirilir. Məsələ ilə bağlı məhkəmə tibbi ekspertizası təyin edilib.

Mehriban Mirzəzadə