-
- 28-03-2024, 19:50
- 331
Ramazanda bu səhv orqanları çökdürür
Bir çox insan Ramazan ayında obaşdan vaxtı yeməkdən sonra yatmağa üstünlük verir. Kastamonu Universiteti Turizm fakültəsi qastronomiya və kulinariya müəllimi Elif Zeynep Özer sahurdan dərhal sonra yatmağın orqanları yorduğunu bildirib.
News24.az xəbər verir ki, o, həmçinin iftarda şorbadan sonra bir neçə dəqiqə gözləməyi və fasilədən sonra əsas xörəyin yeyilməsini tövsiyə edib:
“11 ay ərzində yediyimiz bütün qida artıqlarını bədəndən çıxarmaq çox çətindir. Amma Ramazan orucu bədəndə yığılan toksinlərin təmizlənməsinə kömək edir və orqanizmin yenilənməsinə dəstək olur.
Ramazanın ifratdan yayınmaq fəlsəfəsi var. Artıq hər mənada insana zərər verir. Qidada da vəziyyət eynidir, məsələn, ən sağlam qida belə həddən artıq yeyilərsə, zamanla insana zərər verməyə başlayacaq.
Ramazan ayında, xüsusən də, uzun müddət aclıq çəkən mədədə ilk qida sadə karbohidratlardırsa, sağlam qidalanmadan söhbət gedə bilməz. Xüsusilə Ramazan ayında sadə karbohidratlardan çox istifadə etməməyə diqqət yetirilməlidir.
Həddindən artıq duzlu qidalar bədəndə su saxlayacağından və insanın suya ehtiyacı olmasına səbəb olacağından onlardan çəkinmək lazımdır”.//yenisabah