Bakı-Qazax yolunda yük maşını aşdı
    • 28-04-2024, 20:14
    • 168

Bakı-Qazax yolunda yük maşını aşdı


Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

News24.az Lent.az-a istinadla xəbər ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan sement daşıyan "DAF" markalı yük maşınının sürücüsü idarəetməni itirib. Nəticədə yük maşını yolunun kənarına aşıb.

Qəza zamanı xəsarət alan olmasa da, yük maşına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.