-
- 28-03-2024, 21:00
- 443
Uşaqlar üçün böyük risk! ARAŞDIRMA
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, uşaqlarda oturaq həyat tərzi ciddi sağlamlıq problemləri yaradır.
News24.az xəbər verir ki, İngiltərədə aparılan bir araşdırma uşaqlıqda oturaq həyat tərzinin damar sərtliyini artırdığını ortaya çıxarıb.
Araşdırmada 11-24 yaş arası 1339 uşaq və gənc müayinə olunub. 13 il müayinədən keçən bu insanlarda vaxtaşırı arterial sərtlik yoxlanılırdı.
Müəyyən edilib ki, uşaq və yeniyetmələrdə hərəkətsizlik müddətinin gündə 6 saatdan 9 saata qədər artırılması arterial sərtləşməni təxminən 10 faiz artırıb.
Mütəxəssislər qeyd ediblər ki, gündə ən azı 3 saat yüngül fiziki fəaliyyət damarların sərtləşməsi riskini minimuma endirməyə kömək edə bilər.
Günel Məlikzadə