Məktəbli Prezident təqaüdündən məhrum edildi - FOTO
    • 28-03-2024, 18:12
    • 149

Məktəbli Prezident təqaüdündən məhrum edildi - FOTO

Nijni Novqorod vilayətində Moskva yaxınlığındakı “Krokus Siti Holl”da törədikləri hadisə üçün terrorçulara təşəkkür edən 15 yaşlı məktəbli şəhər administrasiyası tərəfindən ödənilən şəxsi təqaüddən məhrum edilib.

News24.az xəbər verir ki, bu barədə Yerli KİV-in məlumatına görə, qız mədəniyyət sahəsindəki görkəmli nailiyyətlərinə görə ödəniş alıb. Məktəbli qız daha sonra sözlərinə görə üzr istəyən video yayımlayıb.

Xatırladaq ki, martın 22-də Moskva yaxınlığındakı Crocus City Hallda 6 minə yaxın bilet satılan Piknik konserti nəzərdə tutulmuşdu. Tamaşa başlamazdan bir müddət əvvəl terrorçular zala soxularaq konsert məkanının ziyarətçilərinə və işçilərinə atəş açıblar. Son məlumatlara görə, terror aktı nəticəsində 143 nəfər həlak olub, 360 nəfər yaralanıb.

Mehriban Mirzəzadə