Avtomobilinin şüşəsini sındırıb, polisin üzünü kəsdilər
    • 29-03-2024, 08:53
    • 187

Avtomobilinin şüşəsini sındırıb, polisin üzünü kəsdilər

Rusiyada qara rəngli “Camry”li iki şəxs avtomobilini buraxmayan sürücüyə hücum edərək üzünü kəsiblər. 

News24.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Kişinin dediyinə görə, arxa güzgüdə 130 km/saat sürətlə hərəkət edən qara rəngli Camry görüb. Ayras bir irad bildirmək qərarına gəlir. Ehiyatsız sürücülərə işarə edib. Onlar hərəkət zolaqlarını dəyişib, keçmiş polisə tüpürməyə, nə isə qışqırmağa və onu dayanacağa sıxmağa başlayıblar.

Nəticədə Küçükbayev dayanmaq qərarına gəlib. Bu zaman “Toyota”dan düşən gənc  onun maşınının şüşəsini sındırıb. Qəlpələr Küçükbayevin üzünü kəsib. Yerli cinayət axtarış şöbəsinin keçmiş rəisi olduğu ortaya çıxan zərərçəkənin sözlərinə görə, videoregistratorda hücum edənlərin silahlı olduğu görünür - onlardan biri silaha əl uzadıb. Hazırda polis hücum edənlərin şəxsiyyətini müəyyənləşdirməyə çalışır.

Günel Məlikzadə