Bakıda naməlum şəxs avtobus sürücüsünə HÜCUM EDİB
    • 20-09-2022, 14:09
    • 370

Bakıda naməlum şəxs avtobus sürücüsünə HÜCUM EDİB

Bakıda sərnişin avtobusuna hücum olub. 

News24.az xəbər verir ki, hadisə "Xaliq Faiqoğlu" şirkətinə məxsus 85 saylı avtobusda baş verib.

Təyin olunan xətt üzrə hərəkət edən avtobus dayanacaqda olduğu zaman sərxoş vəziyyətdə olan naməlum şəxs avtobusa hücum edib.

Kimliyi bəlli olmayan şəxs əvvəlcə sürücünü nalayiq söyüşlərlə təhqir edib. Daha sonra isə sürücüyə hücum edib.

Həmin şəxs həmçinin avtobusun şüşəsini qırıb.

“Xaliq Faiqoğlu” şirkətinin Mətbuat katibi Nizam Rzayev saytımıza açıqlamasında faktı təsdiqləyib.