"Terrorun əsas mənbəyi kirli pullardır" - Siyavuş Novruzov
    • 29-03-2024, 11:50
    • 205

"Terrorun əsas mənbəyi kirli pullardır" - Siyavuş Novruzov

Terrorun maliyyələşdirilməsi ilə bağlı olan cinayət məsuliyyəti daha da sərtləşdirilməlidir. 

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Siyavuş Novruzov deyib. 

Millət vəkilinin sözlərinə görə, hazırda dünyada təhlükəsizlik məsələsi bir nömrəli məsələyə çevrilib:

«Bir ölkə vətəndaşın təhlükəsizlik məsələsi təmin edə bilmirsə, başqa hansı insan hüquqları ilə təmin edə bilər. Azərbaycanda istər Vətən müharibəsi dövründə, istərsə də antiterror əməlliyyatları zamanı fövqəladə vəziyyət yaratmağa çalışsalar da, terror törətmək istəsələr də hüquq mühafizə orqanları cənab Prezidentin rəhbərliyi altında qarşısını aldı. Sonra yanğınlarla sınağa çəkməyə çalışdırlar. Bunun da qarşısı Fövqəladə Hallar Nazirliyi tərəfindən alındı. Bu da onun nəticəsindədir ki, dünyanın mötəbər tədbirləri Azərbaycanda keçirilər. COB29 kimi mötərbər tədbirin Azərbaycanda keçirilməsi də bunu göstərir». 

Siyavuş Novruzov onu da qeyd edib ki, terrorun əsas mənbəyi kirli pullardır:

«Bizdə terrorun maliyyələşdirilməsi ilə bağlı cinayət məsuliyyəti var. Bu daha da ağırlaşdırılmalıdır. Kimliyindən asılı olmayaraq kim mənbəyi məlum olmayan pul alırsa, dərhal müəyyən edilib qarşısı alınmalı, məsuliyyətə cəlb edilməlidir. 

Terrorun maliyyələşdirilməsi ilə bağlı olan cinayət məsuliyyəti daha da sərtləşdirilməlidir».

Qumral