"İnsanlar özləri nə üçün yollarını təmir etmirlər?" - Deputat
    • 29-03-2024, 12:05
    • 260

"İnsanlar özləri nə üçün yollarını təmir etmirlər?" - Deputat

Bəlkə dövlətin pulu yoxdur. İnsanlar özləri nə üçün yollarını təmir etmirlər. Ona görə də özünü idarə sistemini təmin etmək lazımdır ki, bələdiyyələr insanları toplayıb bu kimi işləri həyata keçirsin. 

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda xəstəxanalar sanitar-tibbi vertolyotlarla təmin edilməlidir:

«Azərbaycanda xəstəxanaların heç birində nə binaların damında, nə də həyətində vertalyotların enməsi üçün ərazi yoxdur. Biz Vətən müharibəsi zamanı gördük ki, yaralılar Bakıya vertalyotla gətirilərkən əvvəlvə Badamdardakı vertalyot sahəsinə gətirilirdi. Sonra isə təcili tibbi yardımla xəstəxanalara aparılırdı. Rusiya terrorundan sonra düşündüm ki, bizdə belə bir terror olsa, belə hallarda sanitar-tibbi vertalyotlara ehtiyac ola bilər. FHN tez-tez təlimlər keçirir. Bəs digər qurumlar belə təlimlər keçirirmi?».

Deputat əlavə edib ki, paytaxtdakı Neft ayırma zavodu şəhərdən çıxarılmalıdır. Qəza olarsa, bu, əhaliyə ciddi ziyan vura bilər.

Qumral