İsmayıl Tamoyev Bakı həbsxanasında öldü
    • 29-03-2024, 15:09
    • 163

İsmayıl Tamoyev Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. 

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. 

Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib.   

Onun xəstəlikdən öldüyü bildirilir. 

Faktla bağlı araşdırma aparılır.