Rusiyada terror aktının qarşısı ALINDI
    • 30-03-2024, 09:22
    • 145

Rusiyada terror aktının qarşısı ALINDI


Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Stavropol vilayətində terror aktının qarşısını alıb.

News24.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Stavropol diyarında insanların sıx toplaşdığı yerlərdən birində partlayış törətməklə terror aktı törətməyi planlaşdıran Mərkəzi Asiya ölkələrindən birinin 3 vətəndaşının fəaliyyətinin qarşısı alınıb”, - məlumatda deyilir.