Moskvada Bakı və İrəvan arasında normallaşma müzakirə edildi
    • 30-03-2024, 09:40
    • 151

Moskvada Bakı və İrəvan arasında normallaşma müzakirə edildi

Martın 29-da Moskvada Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov rusiyalı həmkarı Mixail Qaluzin ilə görüşüb.

News24.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti və perspektivləri əsaslı şəkildə nəzərdən keçirilib.

Tərəflər Cənubi Qafqazdakı hazırkı vəziyyət, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında üçtərəfli sazişlər əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivləri də daxil olmaqla bir sıra regional və beynəlxalq mövzulara toxunublar.