-
- 30-03-2024, 14:38
- 2 143
Sabir Rüstəmxanlının qızından boşanan Elçin: "Pislər olmasa, yaxşının qədrini bilmərik..."
Müğənni Elçin Cəfərov boşanması haqqında xəbərlərə cavab verib.
News24.az xəbər verir ki, sənətçi bu haqda "Zaurla Günaydın" proqramında danışıb.
"Nə danışsam, xəbərə çevrilir. Elə bir ailə yoxdur orada söz-söhbət olmasın. Bacardığım qədər nümunə olmağa çalışmışam: ailəmdə, sənətimdə. Bəzən insanın özündən asılı olmayan hallar baş verir. Bir işi sona qədər davam etdirirəm. Çalışmışam atan tərəf olmayım, sona qədər mübarizə aparım. Narahat olmayın, hər şey qaydasındadır. Pis məqamlar olmasa, yaxşının qədrini bilmərik. Bu gün elə şeylər var ki, sabah insan bir-birinə daha da bağlanır. Xəbər yazanda mənim adımdan yazılsın, kürəkən, yazmayın", - deyə Cəfərov bildirib.
Xatırladaq ki, 2016-cı ildə ailə həyatı quran Elçin və Aydan cütlüyü bu ilin fevralında boşanıb. Cütlüyün bir oğlu var. Aydan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının qızıdır.(Qafqazinfo)