-
- 30-03-2024, 22:58
- 154
Polşa Ukraynanın Aİ-yə üzvlüyünə mane ola bilər
Avropa Komissiyasının Ukraynaya daha bir il vahid Avropa bazarına sərbəst çıxışı təmin etmək təklifi Polşanın Kiyevin Avropa İttifaqına (Aİ) daxil olmasını əngəlləməsinə səbəb ola bilər.
News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Foreign Policy” nəşri yazıb.
“Polşa son vaxtlar Kiyevlə bağlı və ən əsası Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı daha çox təmkin nümayiş etdirir”, - nəşr qeyd edir.
Məlumata görə, Polşa fermerləri arasında uzun müddətdir ki, anti-Ukrayna əhval-ruhiyyəsi müşahidə olunur ki, bu da ölkə əhalisinin qalan hissəsinə təsir edir.