Polşanın baş naziri Tusk Ukraynaya gedib
    • 22-01-2024, 12:00
    • 118

Polşanın baş naziri Tusk Ukraynaya gedib

Polşanın baş naziri Donald Tusk Kiyevə səfər edib.

News24.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilir ki, bu gün Tusk Kiyevə səfərinə başlayır. Polşanın baş naziri Ukraynanın paytaxtında ölkə prezidenti Vladimir Zelenski və baş nazir Denis Şmıqalla görüşəcək.

Xatırladaq ki, son vaxtlar Ukrayna ilə Polşa arasında münasibətlər ciddi böhran yaşayır.

Mehriban Mirzəzadə