-
- 27-04-2019, 10:21
- 1 481
Azərbaycanda aptek işlədən qadının ŞOK CİNAYƏTLƏRİ
Gəncədə işlətdiyi aptekdə narkotik tərkibli dərmanlar satan qadının işi məhkəməyə göndərilib.
News24.az-ın məlumatına görə, keçən il Baş Narkotiklərlə Mübarizə İdarəsinə Gəncə şəhərində fəaliyyət göstərən apteklərdə psixotrop dərmanların qanunsuz satışı barədə məlumat daxil olub.
Baş İdarə və regional şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında şəhər sakini Şəlalə Əliyevanın işlətdiyi, Gəncə şəhəri Əziz Əliyev küçəsi döngə 2, ev 8 ünvanında fəaliyyət göstərən, “Xəmsə-2” MMC-yə məxsus aptekə və onun bacısı Kəmalə Bağırovanın Nəriman Nərimanov prospekti, ev 52, mənzil 25 ünanında icarə əsasında işlətdyi aptekə baxış keçirilib. Baxış zamanı onlara məxsus apteklərdən külli miqdarda, satışı qadağan olunmuş, eyni zamanda istifadə müddəti bitmiş və satışı xüsusi lisenziya tələb edən psixotorp dərmanlar aşkarlanaraq götürülüb. Sonradan məlum olub ki, bu işlərə Əliyeva Şəlalə Abdulcamal qızı rəhbərlik edib və o təşkil edib.
Onun barəsində Cinayət Məcəlləsinin aşağıdakı 4 maddəsi ilə iş açılıb:
200-1.2.3. Dərman vasitələrinin qanunsuz dövriyyəsi - külli miqdarda törədildikdə;
240.3.2. Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi - külli miqdarda törədildikdə;
234.2. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma;
308.1. Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda;
Artıq aparılan ibtidai istintaq yekunlaşdırılıb və iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Natiq Əliyevin sədrliyi ilə baxılacaq və ilk iclas mayın 8-nə təyin edilib.
F-16-BOMB şəxsindən şəkil