Güclü təsiredici dərman satan aptek müdiri TUTULDU - AZƏRBAYCANDA
    • 25-11-2019, 11:21
    • 1 382

Güclü təsiredici dərman satan aptek müdiri TUTULDU - AZƏRBAYCANDA

Mingəçevir Şəhər Polis Şöbəsinə şəhərdə fəaliyyət göstərən apteklərdən birində güclü təsiredici xüsusiyyətlərə malik dərmanların qanunsuz şəkildə  satılması barədə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dərman preparatlarını qanunsuz olaraq satdığı üçün aptekin müdiri Eldəniz Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Aptekə keçirilmiş baxış zamanı oradan 77 ədəd güclü təsiredici xüsusiyyətlərə malik dərman preparatları aşkar olunaraq götürülüb.

Faktla bağlı ŞPŞ-də araşdırma aparılır.