-
- 31-03-2024, 17:48
- 227
5 gün sonra olanları görəcəksiniz – Sərkisyandan ANONS
“Nikol Paşinyanın 4 kəndi Azərbaycana geri qaytarmaq niyyəti ilə bağlı açıqlamalarına görə Tavuş bölgəsində böyük narazılıq var”.
News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni jurnalist Oskan Sərkisyan deyib.
O bildirib ki, “yerli əhali” bu prosesə mane olmağa hazırlaşır.
“Tavuşda torpaqların birtərəfli qaydada verilməsinə qarşı böyük ictimai hərəkat formalaşır. Hazırda onun 5 günə yekunlaşacaq təşkilati işləri gedir. İndi bu barədə ətraflı yazmıram. Çünki hakimiyyət prosesin qarşısını ala bilər”,- Sərkisyan qeyd edib.