"Sərhəd bölgəsində yaşayan qadınların bir çoxu xəstə uşaqlar dünyaya gətirib"
    • 1-04-2024, 12:00
    • 207

"Sərhəd bölgəsində yaşayan qadınların bir çoxu xəstə uşaqlar dünyaya gətirib"

Özəl və dövlət müəssiələrində psixoloq vakansiyası olmalıdır. Bəzən iş yerlərində elə problem olur ki, vaxtında psixoloq müdaxiləsi olarsa,məsələ böyümədən həllini tapar. 

News24.az xəbər verir ki, bunu "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr edilmiş dəyirmi masada çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. 

Komitə sədri vurğulayıb ki, eyni zamanda televiziyalara dəvət olunan psixoloqlar cəmiyyətə ziyan vurur: “Bu məsələlər də ciddi diqqətə alınmalıdır”.

Hicran Hüseynova onu da əlavə edib ki, sərhəd bölgəsində yaşayan qadınların bir çoxu xəstə uşaqlar dünyaya gətirib.

Qumral