-
- 1-04-2024, 12:20
- 397
"Gənclər arasında depressiya artıb" - Gəray Gəraybəyli
"Cəmiyyətdə psixiatriya diqqətdən kənar qalır. Hər hansı önəmli bir proses baş verdikdən sonra cəmiyyətin diqqəti bu istiqamətə yönəlir. Elə bu yaxınlarda olduğu kimi...".
News24.az xəbər verir ki, bunu "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr edilmiş dəyirmi masada çıxışı zamanı Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib.
Professorun sözlərinə görə, cəmiyyətdə xüsusən gənclər arasında depressiya, panik atak, aqressiya artıb. Televiziya verlişləri, kinolar, oyunlar, sosial şəbəkələr həmin hallarım təbliğatına çevrilib.