-
- 1-04-2024, 12:36
- 470
"Psixi xəstələrin 30 faizinə səhv diaqnoz qoyulur"
Vaxtilə 500-dən artıq psixoterapevt , narkoloq mütəxəssislərimiz var idi. İndi isə 200-dən biraz çoxdur. Kadrlarımız demək olar ki, 2 dəfə azalıb. Biz belə olan halda necə keyfiyyətli fəaliyyət göstərək?
News24.az xəbər verir ki, bunu "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr edilmiş dəyirmi masada çıxışı zamanı Azərbaycan Psixiatrlar Asossasiyasının prezidenti Nadir İsmayılov deyib.
Asossasiya prezidenti bildirib ki, psixi xəstələrə diaqnoz qoymaqda çətinlik çəkirik:
“Azərbaycanda qanunvericiliyə psixi xəstələrin cinayəti anlaqsız sayılır və cinayətləri demək olar bağışlanır, onlar xəstəxanaya göndərirlir. Diaqnostikada acizliyimiz göz önündədir. Xəstənin anlaqlı ya da anlaqsız olmasını səhv təyin etməyin özü cinayətdir. Həkimlər psixi xəstələrə diaqnoz qoymaqda çətinlik çəkir. Psixi xəstələrin 30 faizinə səhv diaqnoz qoyuruq”.
Nadir İsmayılov əlavə edib ki, son illərdə özünə qəsd hallarının artım tendensiyasını müşahidə edilir.
Qumral