-
- 1-04-2024, 14:54
- 248
Putin 150 min nəfəri məcburi hərbi xidmətə çağırdı
Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Moskva ordusu öz işini davam etdirir.
News24.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin 18-30 yaş arası 150 min Rusiya vətəndaşının yaz dövrü üçün məcburi hərbi xidmətə çağırılması ilə bağlı fərmanı imzalayıb.
Qeyd edək ki, Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurası ötən ilin iyulunda məcburi hərbi xidmət üçün yuxarı yaş həddinin 27-dən 30-a qaldırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Qanun layihəsi yanvarın 1-dən qüvvəyə minib.
Günel Məlikzadə