-
- 8-03-2024, 23:53
- 197
HƏMAS və İsrail yenə RAZILIĞA GƏLƏ BİLMƏDİ
HƏMAS İsrailin Qəzzanın şimalını tərk edən əhali ilə bağlı təklifini rədd edib.
News24.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Bildirilib ki, buna səbəb onların əksər hissəsinin gənclərdən ibarət olmasıdır. Digər tərəfdən HƏMAS İsrail hakimiyyətindən qoşunların şərti xətdən kənara çəkməyi tələb edib. Həmin xəttin hansı bölgədən keçəcəyi isə vasitəçilərin iştirakı ilə müəyyən olunacaq.
Digər tələb isə həbs olunan bəzi şəxslərin azadlığa buraxılmasıdır. İsrail hökumətindən bu şərtin yerinə yetirilməyəcəyi bildirilib.
Fərid Azəri