Bakı-Qazax yolunda AĞIR QƏZA
    • 1-04-2024, 17:57
    • 99

Bakı-Qazax yolunda AĞIR QƏZA

Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. 

News24.az "Unikal"a istinadla bildirir ki, eyni istiqamətdə hərəkətdə olan "VAZ-2106" ilə "Mercedes 190" markalı avtomobillər Atbulaq kəndi ərazisində toqquşub. Nəticədə 10-TO-490 nömrəli "190" bir neçə dəfə aşıb. 

Hadisə nəticəsində sürücü ciddi xəsarət alıb.