-
- 1-04-2024, 18:28
- 907
Müğənni onu tənqid edənlərə cavab verdi: "Atam ölübsə..."
Müğənni Əbdül Xalid atasının 40 mərasimi bitməmiş efirə çıxmasını tənqid edənlərə cavab verib.
News24.az xəbər verir ki, Əbdül Xalid "Xəbərin var?" verilişində bu sözləri deyib: "Atamın yeddi mərasimindən sonra efirə çıxdım. 2017-ci ildə anamı itirdim. O zaman dörd gün yox, altı ay efirdə görünmədim. Mən o stresi yaşamışam, şəkər xəstəsi olmuşam.
Mən efirə çıxıram ki, restoranlarım dolsun, evimə ruzi qazanım. Bu, mənim işimdir. Cahil insanların yanaşmaları olur. Mən xəstəlik tapanda kimsə dəstək oldu?! Heç kim! Dində də yas saxlamaq üç gündür. On illərlə yas saxla nə dəyişəcək? Fəhlə onda fəhləlik etməsin ki, atam rəhmətə gedib. Evinə çörək aparmasın?!"
"Şərhlərdə yazırlar ki, atanızla münasinətiniz yaxşı olmayıb" sualına ifaçı: "Xeyr, son anına qədər atamın yanında olmuşam", - deyə cavab verib.//Teleqraf.com