Havada "tualet böhranı"
    • 2-04-2024, 08:54
    • 237

Havada "tualet böhranı"

ABŞ-da yerləşən hava yolu şirkəti United Airlines-in son vaxtlar Boeing markalı təyyarələri ilə yaşadığı böhrana yenisi əlavə edilib.

News24.az xəbər verir ki, havaya qalxdıqdan dərhal sonra tualetin nasazlığı və daşmasından sonra Boeing 777 təyyarəsinin salonu "nəcis iyi" ilə dolub. Nəcis tualetin çənindən sızaraq kabinəyə yayılıb.

Problemi həll etmək mümkün olmadığından təyyarə okeanı keçərək yoluna davam etmək əvəzinə havaya qalxdığı Almaniyaya qayıdıb.

Qeyd edək ki, təyyarənin cəmi 7 yaşında olduğu bildirilib. Aviaşirkətin təyin etdiyi oteldə gecələyən sərnişinlər ertəsi gün başqa təyyarə ilə ABŞ-a gediblər.

Günel Məlikzadə