İbrahim Rəisi İsraili qisasla hədələdi
    • 2-04-2024, 13:00
    • 372

İbrahim Rəisi İsraili qisasla hədələdi

Tehran İsrailin Dəməşqdəki İran konsulluğuna zərbələrini cavabsız qoymayacaq.

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi bildirib.

"Sionistlər bilməlidirlər ki, qeyri-insani hərəkətləri ilə heç vaxt öz məkrli məqsədlərinə çatmayacaqlar və bu cinayət cavabsız qalmayacaq", - deyə Rəisinin öz ofisinin saytında dərc olunan bəyanatda vurğulanıb.

İran prezidenti İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") biri general olmaqla, 2 zabiti generalı və onların beş köməkçisinin hücumları nəticəsində həlak olması ilə əlaqədar İran xalqına başsağlığı verib.