-
- 27-12-2023, 14:39
- 249
SEPAH generalı: İranın İsraili vurmaq hüququ var
İranın sui-qəsd cəhdinə cavab vermək və beynəlxalq hüquqa hörmət etməyən İsrailə zərbə vurmaq hüququ var.
News24.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat katibi, briqada generalı Ramezan Şərif SEPAH-ın yüksək rütbəli zabiti Səid Rza Musəvinin ləğv edilməsini şərh edərkən deyib.
“Biz sionistlərin cinayətlərinin qisasını alırıq, lakin onlar bunu dərc etmirlər”, - deyən Şərif beynəlxalq təşkilatları İsrailin regionun sabitliyi və təhlükəsizliyini təhdid edən cinayətlərini pisləməyə çağırıb.
Xatırladaq ki, dekabrın 25-də Dəməşqin cənubunda, Səidə Zeynəb (Zeynəbiyyə) bölgəsində Suriya və Livanda Hizbullaha silah tədarükünə cavabdeh olan İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandirlərindən biri Səid Rza Musəvi öldürülüb.
Aynurə