-
- 1-04-2024, 23:51
- 541
İsrail tarixdə ilk dəfə bunu etdi – SEPAH qisas alacaq
Sionistləri cəhənnəm atəşi gözləyir.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında deyilir.
Xatırladaq ki, İranın Dəməşqdəki konsulluğu İsrail tərəfindən raket atəşinə tutulub. Hava hücumu nəticəsində ən azı 5 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilir. Ölənlər arasında diplomatlar da var.
İsrailin hücumu nəticəsində SEPAH-ın Suriya və Livandakı qüvvələrinin komandiri general Məhəmməd Rza Zahidi və müavini də ölüb.
Qeyd edək ki, İsrailin İran səfirliyini vurması və diplomatların ölümü tarixdə ilk faktdır.