-
- 2-04-2024, 13:46
- 313
Polis əməkdaşı qaynını öldürdü
Qaziantepdə polis məmuru Yusuf Kenan Saygılı mübahisə zəminində qaynı Doğan Sayqılını xidməti tapançası ilə öldürüb.
News24.az xəbər verir ki, Yusuf Kenan Saygılı (51) əmisi oğlu olan və bacısı Fatma Sayqılı ilə problem yaşayan qaynı Doğan Sayqılının (50) Düztəpədəki evinə gedib. Burada ikisi arasında mübahisə yaranıb.
Bu əsnada Yusuf Kənan Sayqılı əlindəki xidməti tapança ilə qaynına dəfələrlə atəş açıb.
Xəbərdarlıq üzərinə çoxlu qruplar bölgəyə göndərilib. Özəl xəstəxanaya aparılan bir uşaq atası Doğan Sayqılı dünyasını dəyişib.
Yusuf Kenan Sayqılı nəzarətə alınarkən, hadisə ilə bağlı istintaq başladılıb.
Günel Məlikzadə