Bakıda həyətində quyu qazan kişi faciəvi şəkildə öldü - FOTOlar
    • 3-04-2024, 08:02
    • 155

Bakıda həyətində quyu qazan kişi faciəvi şəkildə öldü - FOTOlar


Bakının Xəzər rayonunun Binə qəsəbəsində ölümlə nəticələnən partlayış baş verib.

News24.az xəbər verir ki, 1983-cü il təvəllüdlü Mehrəliyev Şahid Ədalət oğlu mərkəzi kanalizasiya sistemi olmadığı həyatyanı sahədə təbii ehtiyaclar üçün qazılan quyuda iş görən zaman partlayış baş verib.

Ş.Mehrəliyev ayaq sümüklərinin sınığı, açıq kəllə beyin travması və üz yanığı diaqnozu ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.//Milli.az