Zaqatalada QƏZA: Yük maşını ilə minik avtomobili toqquşdu
    • 3-04-2024, 10:55
    • 98

Zaqatalada QƏZA: Yük maşını ilə minik avtomobili toqquşdu

Zaqatalada yük maşını ilə minik avtomobili toqquşub.

News24.az-ın məlumatına görə, hadisə səhər saatlarında Zaqatala-Qax avtomobil yolunun Yeni Suvagil kənd ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan minik avtomobili eyni istiqamətdə hərəkət edən iritonnajlı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilində olan, Zaqatala şəhər sakini, 1961-ci il təvəllüdlü Qasım Rəcəb oğlu İsgəndərov Zaqatala xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Zaqatala araşdırma aparılır.