Ərdoğan kafedə gənclərlə GÖRÜŞDÜ - FOTO
    • 3-04-2024, 11:43
    • 111

Ərdoğan kafedə gənclərlə GÖRÜŞDÜ - FOTO

Prezident Rəcəb Tayyib Ərdoğan TBMM-də millət vəkilləri ilə təşkil olunan iftar proqramından sonra bir kafedə gənclərlə və vətəndaşlarla görüşüb.

News24.az Sfera.az-a xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb.

Ərdoğan vətəndaşların yaxınları ilə görüntülü danışaraq söhbət edib və onları Qədr gecəsi və Fitr bayramı münasibətilə təbrik edib. Vətəndaşlarla bir-bir şəkil çəkdirən Ərdoğan, körpələri də qucağına alaraq sevib.

Qeyd edək ki, Prezident Ərdoğanı AK Partiya sədr müavini Çiğdem Karaaslan, Prezident Aparatının Kommunikasiyalar Direktoru Fahrettin Altun və AK Partiya Ankara Millət vəkili Asuman Ərdoğan müşayiət edib.