Mübahisə zamanı dostlarını güllələdi - DƏHŞƏT
    • 3-04-2024, 12:00
    • 123

Mübahisə zamanı dostlarını güllələdi - DƏHŞƏT

Rusiyanın Primorsk diyarında münaqişə zamanı dostlarına atəş açıb. Şübhəli şəxs həbs edilib.

News24.az xəbər verir ki,  bu barədə vilayət prokurorluğundan məlumat verilib.

Hadisə aprelin 1-də rayonun Rakovka kəndindəki fərdi yaşayış evlərindən birində baş verib. İstintaqın məlumatına görə, 32 yaşlı kişi Tiger mübahisə zamanı dostları istiqamətində atəş açıb. Zərərçəkənlərdən biri yerindəcə keçinib, digəri isə xəsarət alıb. Yaralı hazırda xəstəxanadadır.

Faktla bağlı iki nəfəri öldürmə və öldürməyə cəhd maddələri ilə cinayət işi açılıb. Artıq təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürülüb.

Mehriban Mirzəzadə