Ronaldo dayanmır!
    • 3-04-2024, 13:23
    • 297

Ronaldo dayanmır!

Portuqaliyalı ulduz Kriştiano Ronaldo bu mövsüm karyerasının son hissəsindəki yüksək performansını davam etdirir.

News24.az xəbər verir ki, 39 yaşlı futbolçu “Əl-Nassr” forması ilə Səudiyyə Ərəbistanı Liqasında 24, AFC Çempionlar Liqası və onun seçmə mərhələlərində 9, Kralın 2-si olmaqla ümumilikdə 35 oyunda meydandakı yerini tutub. O 36 dəfə qol vurmağın dadını çıxardıb.

Səudiyyə Ərəbistanı Liqasının 26-cı həftəsində “Əl-Nassr” səfərdə “Abha”nı 8:0 hesabı ilə məğlub edib. 39 yaşlı Kriştianu Ronaldo "Əl-Tai"yə 5:1 hesabı ilə qalib gəldikləri matçda matçı het-triklə tamamlayıb və 3 qol vurub. Beləliklə, Ronaldo 72 saat ərzində ikinci het-trikinə imza atıb.

Portuqaliyalı futbolçu bununla da cari mövsümdə üçüncü dəfə het-trik etməyi bacarıb. 29 qolla Səudiyyə Ərəbistanı Pro Liqasının bombardiri olan ulduz bu mövsüm 39 qola imza atıb.

Günel Məlikzadə