“Bakının nümayəndəsi” Gorusda saxlanıldı – TƏCİLİ
    • 3-04-2024, 13:44
    • 235

“Bakının nümayəndəsi” Gorusda saxlanıldı – TƏCİLİ


Sentyabrda keçirilən antiterror əməliyyatlarından sonra Qarabağdan köçməkdən imtina edən keçmiş qondarma rejimin nümayəndələrindən Sərkis Qalstyan Ermənistanda saxlanılıb. 

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “MediaHub” məlumat yayıb.

Qalstyanın sentyabrdan bəri həyat yoldaşı ilə Xankəndidə yaşadığı, Ermənistana qayıdarkən Gorusda ölkənin Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldığı bildirilir.

Nəşr yazır ki, Qalstyan hazırda istintaqa cəlb edilib. Həyat yoldaşının Xankəndidə qaldığı, yaxud onunla birlikdə Ermənistana qayıtdığı məlum deyil.

Xatırladaq ki, 2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatlarından sonra Sərkis Qalstyanın Bakı tərəfindən “Xankəndidəki ermənilərin nümayəndəsi” təyin edilməsi ilə bağlı məlumat yayılmışdı. Daha sonra onun qardaşı məlumatın saxta olduğunu açıqlamışdı.