Stoltenberq NATO ölkələrinə çağırış etdi
    • 3-04-2024, 14:37
    • 107

Stoltenberq NATO ölkələrinə çağırış etdi

NATO ölkələrindən Ukraynaya hərbi təchizat könüllü yox, məcburi şəkildə həyata keçirilməlidir.

News24.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Biz dəstəyimizin dinamikasını dəyişməliyik. Biz müharibə boyu Ukraynaya etibarlı və proqnozlaşdırıla bilən təhlükəsizlik yardımı göstərməliyik. Odur ki, biz könüllü töhfələrə daha az və daha çox NATO öhdəliklərinə, qısamüddətli yardıma daha az, çoxillik öhdəliklərə daha çox etibar etməliyik”,- deyə o qeyd edib.

Mehriban Mirzəzadə