-
- 2-04-2024, 10:33
- 358
Güclü tufan və fırtına: 100 nəfər yaralandı
Hindistanın şərqindəki Qərbi Benqal əyalətinin Jalpaiquri bölgəsində dünən güclü tufan, tornado və dolu təsirini göstərib.
News24.az xəbər verir ki, fırtına ən azı 800 evə ziyan vurub, ağacların və elektrik dirəklərinin uçmasına səbəb olub.
Qərbi Benqaliyanın baş naziri Mamata Banerji verdiyi açıqlamada qasırğa nəticəsində 5 nəfərin öldüyünü, ən azı 100 nəfərin yaralandığını bildirib.
Xilasetmə işlərini həyata keçirmək və kömək göstərmək üçün bölgəyə polis, rayon rəhbərliyi, fəlakət idarəsi, çevik reaksiya qruplarının göndərildiyini bildirən Banerji, fəlakətdən zərər çəkənlərin təhlükəsiz yerlərə göndərildiyini bildirib.
Hindistanın baş naziri Narendra Modi həyatını itirənlərin yaxınlarına başsağlığı verib. Təbii fəlakətdən zərər çəkənlərə lazımi yardımın göstərilməsi üçün hakimiyyət orqanlarına göstəriş verib.
Günel Məlikzadə