"Rusiya 400-dən çox raket istifadə edib"
    • 3-04-2024, 21:45
    • 300

"Rusiya 400-dən çox raket istifadə edib"

Ukrayna prezidenti Zelenski sosial media hesabından verdiyi açıqlamada Rusiyanın mart ayında Ukraynaya çoxlu raket və PUA ilə hücum etdiyini bildirib.

News24.az xəbər verir ki, Rusiya ordusunun təkcə mart ayında Ukraynaya qarşı təşkil etdiyi hücumlarda 400-dən çox müxtəlif tipli raket, 600-dən çox “Şahed” PUA və 3 mindən çox idarə olunan bomba istifadə etdiyini  bildirib.

Zelenski müharibənin ilk günlərindən Xarkov şəhərinə raket və PUA-larla hücumların edildiyinə diqqət çəkib və deyib:

"İndi rus terrorçuları Xarkova hücumlarda hava bombalarından istifadə edirlər. Bu, şəhərdə gündəlik təqib və iztirab, gündəlik insan itkisi deməkdir. Kritik infrastruktur dağıdılır, adi evlərə hər gün ziyan dəyir".

Günel Məlikzadə