Zelenski: "Ukrayna öz torpaqlarını GERİ ALACAQ
    • 17-01-2023, 13:07
    • 265

Zelenski: "Ukrayna öz torpaqlarını GERİ ALACAQ"

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin ərazi bütövlüyünü bərpa etmək üçün mübarizə apardıqlarını bəyan edib.

News24.az xəbər verir ki, o, Rusiyanın nəzarəti altında olan Ukrayna torpaqlarını geri alacaqlarını bildirib.

Zelenski çıxışında Rusiya ordusunun iki gün əvvəl Ukraynanın Dnepr şəhərində raket hücumu təşkil etdiyini, hücum nəticəsində həyatını itirən mülki vətəndaşların sayının 40-a çatdığını deyib.

Hücumda ölənlər arasında 3 uşağın olduğunu vurğulayan Zelenski 22 nəfərdən xəbər ala bilmədiklərini, dağıntılar altındakı axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.

Zelenski Rusiya ordusunu Ukraynada mülki şəxslərə qarşı hücumlarda ittiham edib.