Azərbaycanda bu dəmiryol stansiyası bağlandı
    • 4-04-2024, 14:51
    • 207

Azərbaycanda bu dəmiryol stansiyası bağlandı

Tovuz dəmiryol vağzalına bilet satışı dayandırılıb. Bunun səbəbini öyrənmək üçün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.

News24.az bildirir ki, idarə Publika.az-a faktı təsdiqləyib.

Bildirildi ki, təmir işləri ilə əlaqədar dəmiryol vağzalı bağlıdır. Ona görə də Tovuz stansiyasına bilet satışı dayandırılıb.

İdarədən, təmir işlərinin nə vaxt yekunlaşacağının dəqiq tarixinin bəlli olmadığı bildirildi.