Milli Kitabxananı qarət etdilər, nadir sənədlər oğurlandı
    • 4-04-2024, 16:01
    • 179

Milli Kitabxananı qarət etdilər, nadir sənədlər oğurlandı

Haitili silahlı dəstələr çərşənbə günü yerli Milli Kitabxananı qarət edərək, Haiti irsi üçün vacib olan tarixi sənədləri təhlükəyə atıblar.

News24.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

"Haiti Milli Kitabxanası çərşənbə günü silahlı dəstələr tərəfindən talan edilib", - məlumatda deyilir.

Kitabxananın direktoru Dangelo Neard agentliyə Haiti tarixinin təhlükə altında olduğunu bildirib. O qeyd edib ki, qurumun kolleksiyasında 200 ildən çox yaşı olan və Haiti irsi üçün vacib olan nadir sənədlər var. Onların quldurlar tərəfindən yandırıla və ya zədələnə biləcəyindən qorxur.

Mehriban Mirzəzadə