Haitidə iğtişaş: 10 nəfər öldü
    • 8-02-2024, 12:30
    • 216

Haitidə iğtişaş: 10 nəfər öldü

Baş nazir Ariel Henrinin istefası tələbi ilə davam edən etiraz aksiyaları zamanı nümayişçilər, Haiti Milli Polis qüvvələri və silahlı müxalifət tərəfdarları arasında baş verən toqquşmalarda ümumilikdə 10-a qədər adam həlak olub.

News24.az xəbər verir ki, bu barədə “Gazette Haiti” məlumat yayıb.

Bildirilir ki, müxalifət liderlərindən birinin azı beş tərəfdarı öldürülüb, onun həyatına uğursuz cəhd də edilib. Daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata görə, etirazçıların polis bölməsinə hücumu nəticəsində bir nəfər ölüb. Ölkənin paytaxtı Port-o-Prensdə hökumət binalarına hücumlar qeydə alınır.

Qeyd olunur ki, ölkənin digər böyük şəhərlərində də etirazçılar arasında itkilər var, avtomat silahlarının atəşi eşidilir.

Mehriban Mirzəzadə