Qubernator etdiyi kobud səhvdən sonra istefa verdi
    • 4-04-2024, 20:15
    • 144

Qubernator etdiyi kobud səhvdən sonra istefa verdi

Yaponiyanın Şizuoka qubernatoru Kavakatsu əyalət qubernatorluğunda yeni işə qəbul edilmiş şəxslər qarşısında çıxışında təhqir və ayrı-seçkiliyə səbəb olduğu üçün tənqid edilir.

News24.az xəbər verir ki, ştat Qubernatorluğu Kawakatsunun açıqlamaları səbəbindən telefon və e-poçt vasitəsilə təxminən 1800 şikayət aldıqlarını bildirdi.

Kavakatsu keçirdiyi mətbuat konfransında heç kimi təhqir etmədiyini müdafiə edib.

İfadələrini geri götürməyən, ancaq ictimaiyyətdən üzr istəyən Kawakatsu, "Əgər sizi incitmişəmsə, üzr istəyirəm. Bütün peşələr eyni dərəcədə dəyərlidir və hamısı lazımdır" deyib.

Qubernator Kavakatsu tutduğu vəzifədən istefa vermək qərarına gəldiyini qeyd edib. 

Günel Məlikzadə