ABŞ-dan İsrailə xəbərdarlıq: "Siyasətimiz dəyişəcək"
    • 5-04-2024, 09:00
    • 4 827

ABŞ-dan İsrailə xəbərdarlıq: "Siyasətimiz dəyişəcək"

Blinken Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuat konfransı keçirib.

News24.az xəbər verir ki, beynəlxalq yardım təşkilatı World Central Kitchen (WCK) 7 əməkdaşının İsrail tərəfindən öldürülməsi xəbərini dəhşətlə qarşıladığını və şiddətlə qınadığını bildirən Blinken, humanitar yardım işçilərini “qəhrəman” adlandırıb.

Blinken Qəzzada təcili olaraq atəşkəsə ehtiyac olduğunu və bunun məhbusların azad edilməsi, mülki şəxslərin müdafiəsi və humanitar yardımların artırılması üçün vacib olduğunu bildirib.

ABŞ prezidenti Co Baydenin İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı keçirdiyini xatırladan Bliken, "İsraildən gözləntimiz mülki vətəndaşları və humanitar yardım işçilərini qorumaq üçün dərhal konkret, ətraflı, ölçülə bilən addımları açıqlamaqdır" dedi. 

Blinken, "Qəzzada lazımi dəyişiklikləri görməsək, siyasətimizdə dəyişiklik olacaq" deyə xəbərdarlıq etdi.

WCK işçilərinə edilən hücumun ilk olmadığını, sonuncu olması lazım olduğunu bildirən Blinken, Qəzzaya humanitar yardımların artırılması lazım olduğunu vurğuladı.

Günel Məlikzadə