ABŞ Əsəd rejiminə müraciət etdi: “Humanitar yardımlar üçün sərhədləri açın”
    • 10-02-2023, 14:03
    • 305

ABŞ Əsəd rejiminə müraciət etdi: “Humanitar yardımlar üçün sərhədləri açın”

ABŞ dövlət katibi Entoni Blinken Əsəd rejimininə müraciət edib. Entoni Blinken müraciətdə Türkiyədə zəlzələdən zərər çəkmiş suriyalılara beynəlxalq yardımları çatdırmaq üçün sərhəd keçidlərini açmağı təklif edib. 

News24.az xəbər verir ki, Blinken ABŞ prezidenti Co Baydenin göstərişi ilə federal qurumların zəlzələdən sonra saatlar ərzində yardım fəaliyyətlərini səfərbər etdiklərini vurğulayıb.

O, bazar ertəsindən etibarən yüzlərlə ABŞ personalının zəlzələ bölgəsinə getdiyini və 85 milyon dollarlıq humanitar yardım edildiyini qeyd edib.